Bəşər Əsəd Rusiyada təhsil alır


Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd oftalmoloq olmaq üçün təhsil alır və sakit bir həyat sürür.

Turkustan.az xəbər verir ki, bu barədə “Quardian” məlumat yayıb.

Məlumata görə, keçmiş siyasətçi tibbə qayıtmaq qərarına gəlib:

“O, bir vaxtlar belə bir təhsil almışdı və indi biliklərini dərinləşdirir. Eks-prezident yəqin ki, gələcəkdə Moskvanın elitasını müalicə etmək niyyətindədir. O, həmçinin rus dilini öyrənir. Əsəd bütün bunları marağı üçün edir, onun pula ehtiyacı yoxdur, çünki sərvətinin bir hissəsini Rusiyaya köçürə bilib. Əsəd ailəsi, ehtimal ki, Yanukoviçin qonşuluğunda - Rublyovkada qapalı bir yerdə sakit və dəbdəbəli bir həyat sürür. Onlar az adamla ünsiyyət qurur, artıq siyasətlə məşğul olmur, sosial şəbəkələrdən istifadə etmir və ictimaiyyət qarşısına çıxmırlar. Keçmiş prezidentin arvadı vaxtını əsasən fitnesə, gözəllik salonlarına baş çəkməyə və alış-verişə həsr edir”./axar.az


MANŞET XƏBƏRLƏRİ