Ermənistanda Paşinyan hökuməti ilə Apostol Kilsə arasında qarşıdurma nəzarətdən çıxır və vəziyyət artıq Moskva amilini də içərisinə alan təhlükəli siyasi üçbucağa çevrilib.
Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, Ovnavank monastırında baş nazirin iştirakı ilə keçirilən “ayindən” sonra kilsə–dövlət gərginliyi daha da dərinləşib.
Vəkil Ara Zohrabyanın cinayət işi qaldırılması tələbi İstintaq Komitəsi tərəfindən rədd olunsa da, hüquqşünaslar kilsənin daxili işlərinə dövlət müdaxiləsinin artdığını, yeni pozuntuların qeydə alındığını bildirirlər. Onların sözlərinə görə, Paşinyan kilsənin təsir imkanlarını sistemli şəkildə zəiflədir və dini institutun siyasi çəkisini kəsir.
Bu qarşıdurma fonunda Moskva faktoru da özünü göstərib: Paşinyanın Rusiya səfəri zamanı erməni diasporunun bir qismi baş nazirə qarşı kilsəyə “hücum” ittihamları ilə aksiyalar keçirib.
Paşinyan–Kilsə–Kreml üçbucağı Ermənistanı yeni, daha sərt siyasi savaşa sürükləyir. İrəvan üçün qarşıdakı dövr ciddi daxili-siyasi silkələnmə ilə müşayiət oluna bilər.