Venesuela ABŞ-ı açıq-aşkar oğurluqda ittiham edib


Venesuela ABŞ-ın öz sahillərində neft tankerini ələ keçirməsini “açıq-aşkar oğurluq” adlandırıb və məsələni beynəlxalq orqanlara çatdıracağını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Venesuela Xarici İşlər Nazirliyi öz internet saytında dərc etdiyi yazılı açıqlamada, ABŞ-ın ölkə sahillərində neft tankerini ələ keçirməsini “qətiyyətlə” pisləyib.

Vəziyyəti “açıq-aşkar oğurluq” kimi xarakterizə edən bəyanatda deyilir: “Venesuela Bolivar Respublikası Karib dənizində neft tankerinin ələ keçirilməsi ilə bağlı ABŞ prezidentinin özünün açıqlaması ilə üzə çıxan bu hadisəni açıq-aşkar oğurluq və beynəlxalq piratçılıq aktı kimi üzə çıxaran bu hadisəni qətiyyətlə pisləyir və rədd edir. Bolivar hökuməti bu beynəlxalq cinayəti bütün beynəlxalq qurumlara çatdıracaq”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ