Türkiyə Amerikanın F-35 qırıcılarının istehsalı və alınması proqramına qayıtmaq istəyirsə, Rusiya S-400 hava hücumundan müdafiə sistemindən qurtulmalıdır.
Turkustan.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində ABŞ-ın Türkiyədəki səfiri Tom Barak yazıb.
"Birləşmiş Ştatlar Türkiyə ilə F-35 proqramına yenidən qoşulmaq istəyi və Rusiyanın S-400 hava hücumundan müdafiə sisteminə malik olması ilə bağlı danışıqlar aparır. ABŞ qanunlarına görə, Türkiyə F-35 proqramına qayıtmaq üçün artıq S-400 sistemini işlətməməli və ya ona malik olmamalıdır", - o deyib.
Barak qeyd edib ki, ABŞ və Türkiyə prezidentləri arasında müsbət münasibətlər yeni əməkdaşlıq ab-havası yaradıb və bu, son on ilə yaxın müddətdə bu məsələ ilə bağlı ən səmərəli danışıqlara səbəb olub.
“Ümid edirik ki, bu danışıqlar yaxın aylarda həm ABŞ, həm də Türkiyənin təhlükəsizlik tələblərinə cavab verən irəliləyişə gətirib çıxaracaq”, - ABŞ səfiri əlavə edib.
Aytən Yaşar/ Turkustan.az