“Ermənistanın Baş naziri Nikol Paşinyan hazırda “Eçmiədzin” iniqamətgahına basqın etmək üçün insanları küçələrə səfərbət etmək gücünə malik deyil. Eyni zamanda onun bu addımı atmaq üçün resursları da kifayət etmir”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan tərəfdarları ilə görüşdə deyib.
“Paşinyan küçə səfərbərliyi üçün resurslara malik deyil. Amma bu, onun seçicilərinin olmadığı anlamına gəlmir. Ona müəyyən faiz səs verəcək insanlar var. Lakin o, həmin insanları küçələrə çıxarmaqda, patriarxın iqamətgahına basqın etməyə yönəltməkdə acizdir. Onun belə imkanları yoxdur, əks halda KQB metodlarından istifadə edərək kilsəyə qarşı hücuma keçərdi”, – Köçəryan deyib.
Onun sözlərinə görə, Kilsə erməni xalqının milli kimliyində xüsusi yer tutur. Odur ki, Paşinyanın niyə bu sütunu məhv etmək qərarına gəldiyini təxmin etmək çətin deyil. Üstəlik, onun 300 min azərbaycanlını (vaxtilə İrəvandan deportasiya edilənlər nəzərdə tutulur – red) Ermənistana köçürmək istəməsinin səbəbləri də gün kimi ortadadır. Köçəryanın fikrincə, Paşinyanın yeni müharibə təhlükəsi rıçağından istifadə etməkdə faydası var.
“Bu, ona bir səbəbdən fayda verir. Sülh güclü beynəlxalq zəmanətlərlə deyil, birbaşa onun şəxsiyyəti, adı ilə bağlıdır. Onun üçün xalqda belə bir qorxunun olması vacibdir: Onun məqsədi hakimiyyəti qorumaqdır. Paşinyanın yeganə ümidi sadəlövh vətəndaşın Paşinyan və müharibə arasında hansı seçimi edəcəyini düşünməsi ilə bağlıdır./Globalinfo.az