“Ermənistan cəmiyyəti Azərbaycanla sülhə hazırdır”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
O, xalqının sülh istədiyini bildirib:
“Ermənistan xalqı sülhü dəstəkləyir. Biz də bu istiqamətdə intensiv işləyirik. İki ölkənin cəmiyyətləri arasında etimad mühitinin yaradılması vacibdir. Artıq vətəndaş cəmiyyətinin nümayəndələri qarşılıqlı səfərlər həyata keçiriblər. Ümid edirik ki, proses davam edəcək”./Globalinfo.az