"Dohа Forumunun tədbirləri çərçivəsində mən və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Ermənistan–Azərbaycan davamlı sülh: Vaşinqton sazişi və ortaq gələcək” adlı paneldə iştirak etdik".
Turkustan.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" paltormasında qeyd edib.
"Vaşinqton razılaşmalarının icrası istiqamətində atılan addımlar, o cümlədən sülhün iqtisadi faydası, əlaqələndirmə (connectivity), etimadın qurulması tədbirləri və sair barədə müzakirə apardıq. Mən Azərbaycanın Cənubi Qafqaz regionunu dayanıqlı sülh və rifah zonasına çevirmək istiqamətində güclü niyyətini vurğuladım", - deyə Hikmət Hacıyev paylaşımda bildirib.