Köçəryan və Sərkisyan Qarabağ barədə bunları gizlədir - Sukiasyan


“Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan münaqişə dövründə Qarabağla əlaqədar aparılan danışıqlara dair bəzi sənədləri gizlədirlər”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın “Xristian-Demokrat” partiyasının sədr müavini Hayk Sukiasyan deyib.

“Danışıqlar prosesi Köçəryanla başlamır, ondan əvvəl 200 yaşlı prezident (Ter-Petrosyan) var idi. O dövrlərdə aparılan danışıqlara dair sənədlər haradadır, niyə onları dərc etmirlər? Robert Köçəryan və Serj Sərkisyan Levon Ter-Petrosyanın şagirdləridir. Ermənistan məhkəməsi Köçəryanı mühakimə etməlidir ki, Ermənistanın suveren ərazilərini hərrac və bazara çıxarmağa nə haqqın var idi?”, - siyasətçi bildirib.

Sukiasyan qeyd edib ki, Ter-Petrosyan, Köçəryan və Sərkisyanın zamanına aparılan danışıqlarda Ermənistan liderləri Qarabağı Azərbaycanın bir hissəsi olduğunu qəbul ediblər.

Siyasətçi adlarını çəkdikləri şəxslərin Rusiya Prezidenti Vladimir Putindən asılı olduqlarını vurğulayıb:

“Onlar Putinin altında yatırlar. Daxildə öz xalqına qarşı vəhşidirlər, çöldə isə başları aşağıdır”./teleqraf


MANŞET XƏBƏRLƏRİ