Zelenski “hə” desə, taleyi dəyişəcək – Ukraynanı qarışdıran təklif


ABŞ və Ukrayna nümayəndələrinin Mayamidə keçirilən görüşündə ciddi irəliləyişin əldə edilmədiyi açıqlanıb. “Bloomberg” nəşrinin məlumatına görə, Danışıqların müsbət atmosferinə baxmayaraq, prosesə yeni dinamika qazandıra biləcək ciddi bir irəliləyiş olmayıb.

Hazırda ABŞ-ın Ukraynaya sülh şərtlərini qəbiul etməsi üçün təzyiq göstərdiyi bildirilir. Lakin digər tərəfdən Avropa ilə Vaşinqton arasında müharibə ilə bağlı fikir ayrılığının dərinləşməsi səbəbindən gərginlik artması müşahidə olunur.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın şərtlərini qəbul etmir, ABŞ-ın müvafiq təklifləri ilə razılaşmır və xalqının ərazi itkisinin yer alacağı istənilən təklifi rədd edəcəyini vurğulayır.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, görüşdə ciddi nəticənin əldə olunmayacağı gözlənilən idi:

“Çünki Ukraynanın ABŞ-ın şərtlərinə razılıq vetməsi faktiki olaraq kapitulyasiya deməkdir. Prezident Volodimir Zelenski yaxşı bilir ki, belə olacağı təqdirdə, xalq onu bağışlamayacaq. Lakin digər tərəfdən, Kiyev Vaşinqtonun “damarını tapdalaya” bilməz.

Zelenski "hə" desə, taleyi dəyişəcək - Ukraynanı qarışdıran təklif
Kənan Novruzov

Bu zaman ABŞ Ukrayna üç şərtləri daha da çətinləşdirəcək. Rəsmi Kiyev hazırda faktiki olaraq pislə ən pis arasında qalıb. Zelenskinin hakimiyyətdən gedəcəyi aydındır. Əsas məsələ onun vəzifəsini xain, yoxsa qəhrəman statusunda təhvil verəcəyidir. Prezident indiki məqamda var gücü ilə ikinci variant üçün çalışır”.


MANŞET XƏBƏRLƏRİ