Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətərin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Məryəm bint Əli bin Nasir Əl Misnadla görüşüb.
Turkustan.az xəbər verir ki, o, bununla bağlı "X" hesabında yazıb.
Prezidentin köməkçisi qeyd edib ki, görüş zamanı iki ölkə arasında qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi yolları müzakirə edilib və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın intensivləşdirilməsinə razılıq əldə olunub.
