Baxçalıdan Bərzaniyə cavab: Şübhən olmasın, bozqurdam


“Bəzi prokativ çıxışlar, sionist-imperialist təlqinlər, mənasız ifadələr və təxribatçı atmosferi qızışdırmağa yönəlik həyasız bəyanatlara baxmayaraq, “Terrorsuz Türkiyə” hədəfində addım-addım, mərhələ-mərhələ nəticəyə doğru irəliləyirik”.

Turkustan.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Şimali İraq Kürd Muxtariyyətinin keçmiş rəhbəri Məsud Bərzaninin barəsində səsləndirdiyi fikirlərə cavabında deyib.

“Terrorsuz Türkiyə” Komissiyası dekabrın 4-də toplantı keçirib. PKK-nın qurucu rəhbərliyinin (Abdullah Öcalan – red.) mesajları məqbul, müsbət, etibarlı və təsəvvür edilə biləndir. Bu mesaja zidd şəkildə ictimaiyyətə məqsədyönlü açıqlamalar verməyin, prosesi təhrif etməyin heç bir mənası və əhəmiyyəti yoxdur.

Cizrə təxribatı bizi qorxutmayacaq. Bozqurdluğumuza gəlincə, şübhəniz olmasın, bozqurdam və həyatdan belə də gedəcəyəm. İnşallah, sülh göyərçininin ikinci qanadı yerinə taxılacaq və həmin uçuşu hər kəs görəcək. Biz əməkdaşlıqdan yanayıq”, - MHP lideri bildirib.

Xatırladaq ki, Məsud Bərzani ötən günlərdə Türkiyənin Şırnak vilayətinə (Cizrə) səfəri çərçivəsində Dövlət Baxçalını hədəfə alan fikirlər səsləndirib.

Onun Türkiyənin ictimai-siyasi dairələrində etiraz yaradan açıqlaması belədir:

“Elə bilirdik ki, Dövlət Baxçalıya Allah hidayət verib, irqçilikdən və şovinizmdən əl çəkib. Ancaq görünür, o, hələ də əvvəlki bozqurddur, sadəcə indi qoyun dərisinə bürünüb”./teleqraf


MANŞET XƏBƏRLƏRİ