İranda hakimiyyət dəyişikliyi ilə bağlı xəbərdarlıq: Hekayə hələ bitməyib


“Düşünmürəm ki, İran hekayəsi bitib”.

Turkustan.az xəbər verir ki, bunu ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak İranla İsrail arasında 12 günlük müharibə, Tehranda hakimiyyət dəyişikliyi və yəhudi dövlətinin niyə onu tamamlaya bilmədiyi barədə soruşulduqda deyib.

Diplomat bildirib ki, Donald Tramp administrasiyası İranda hakimiyyət dəyişikliyinə səy göstərmir, bunu ölkənin özündə həll edilməli olan məsələ hesab edir:

“Əgər 1946-cı ildən baxsaq, ABŞ (dünya üzrə) təxminən 93 çevriliş və ya rejim dəyişikliyi cəhdi edib, hamısı uğursuz olub. Buna görə mənim rəhbərlərim – Prezident Donald Tramp və dövlət katibi Marko Rubio (müdaxilə yolu ilə) rejim dəyişikliyinin tərəfdarı deyillər. Onlar regional həllə inanırlar, yəni həll yolu bölgənin özü tərəfindən idarə olunmalıdır. Buna görə də bu məsələ İsrailin məsələsidir, ABŞ-nin yox”.

Baraka görə, müharibədən sonra Trampın rejim dəyişikliyində günahlandırılması məntiqli deyil:

“Əvvəllər İranda iki dəfə rejim dəyişikliyi yaşamışıq, heç biri nəticə verməyib, buna görə də məsələni regional ölkələrin özlərin öhdəliyinə buraxmaq daha ağıllı qərardır”.

İsrailin niyə işini tamamlamadığı ilə bağlı suala ABŞ rəsmisi belə cavab verib: “Düşünmürəm ki, hekayə bitib. Siz beşinci fəsldəsiniz, hələ beş fəsl də qalıb”./teleqraf


MANŞET XƏBƏRLƏRİ