Belçikanın baş naziri Bart de Wever “Rusiyanın Ukraynada məğlub olacağına inanmaq tam bir illüziya, nağıldır” deyib.
Turkustan.az xəbər verir ki, De Vever fransızdilli “La Libre” qəzetinə müsahibə verib.
"Bu, yaxşı bir hekayə yaradar: pis adam Putindən pul almaq və onu yaxşı adama, Ukraynaya vermək" deyən de Wever, Rusiyanın dondurulmuş aktivlərini ələ keçirmək və onları Ukraynaya köçürmək planı üzərində gecə-gündüz işləyən bir komandasının olduğunu qeyd etdi. "Ancaq başqa bir ölkənin dondurulmuş aktivlərini, suveren fondlarını ələ keçirmək və ya oğurlamaq əvvəllər görülməmiş bir şeydir."
De Vever İkinci Dünya Müharibəsi zamanı hətta Almaniyanın pullarının belə müsadirə edilmədiyinə, müharibə zamanı suveren sərvət fondlarının dondurulduğuna və müharibənin sonunda qaliblərin kompensasiya ödəmək üçün bu aktivlərin hamısını və ya bir hissəsini məğlub olmuş dövlətə vermək məcburiyyətində qaldıqlarına diqqət çəkmişdir.
Aytən Yaşar/ Turkustan.az