Azərbaycan işçilərinin işdən çıxarılması qaydalarına dəyişiklik təklif edir.
Turkustan.az xəbər verir ki, təklif bununla bağlı Əmək Məcəlləsinə təklif layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunub.
Mövcud qaydalardan əlavə aşağıdakı hallarda da müəssisələr işçini işdən kənarlaşdıra biləcək:
- icbari tibbi müayinə ilə bağlı verilmiş tibbi rəydə əmək funksiyalarının yerinə yetirilməsinə əks göstərişlər aşkar edildikdə;
- müəyyən olunmuş qaydada əməyin mühafizəsi üzrə təlimdə iştirak etməkdən və biliyinin yoxlanılmasından boyun qaçırdıqda;
- əmək vəzifələrinin pozulması halının araşdırılmasına maneçilik törətdikdə.
Yeni təkliflə əsasən, işəgötürən işçinin işdən kənar edilməsi üçün əsas olan hal aradan qaldırılanadək işçini işdən kənarlaşdıra biləcək.
İşçinin işdən kənarlaşdırıldığı müddət hər bir konkret halın xarakterinə, işçinin işdən kənarlaşdırıldığı müddətdə həmin halın aradan qalxmasına və ya davam etməsi ondan asılı olan hallarla bağlı işçinin etdiyi hərəkətlərə (hərəkətsizliklərə) uyğun olaraq işəgötürən tərəfindən müəyyən edilir. İşəgötürən işçinin işdən kənarlaşdırılması barədə əmrini (sərəncamını, qərarını) vaxtından əvvəl ləğv edə bilər. /Modern.az/