Kremlin sözçüsü Dmitri Peskov, Ukrayna böhranının həlli ilə bağlı ABŞ-la sakit danışıqların tərəfdarı olduqlarını bildirərək, "Amerikalı həmkarlarımızın da bu prinsipə sadiq qalacağına ümid edirik" dedi.
Turkustan.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərlə cari məsələləri müzakirə edib.
Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və kürəkəni Jared Kuşner arasında dünənki görüşün məzmunu ilə bağlı ətraflı məlumat vermək istəməyən Peskov deyib:
"Belə olan halda biz sakit danışıqların tərəfdarıyıq. Biz meqafon diplomatiyasına üstünlük vermirik. Amerikalıların da bu prinsipə sadiq qaldığını görürük. Danışıqlar nə qədər sakit olsa, bir o qədər məhsuldar olacaq. Biz bu prinsipə sadiq qalacağıq. Ümid edirik ki, amerikalı həmkarlarımız da bu prinsipə sadiq qalacaqlar. Biz hamımız münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün nə qədər lazımdırsa, görüşməyə hazırıq".
Aytən Yaşar/ Turkustan.az