Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsinin Tai Po rayonunda 8 mənzilli kompleksdə baş verən yanğında ölənlərin sayı 159-a çatıb.
Turkustan.az xəbər verir ki, Honq Konq Polisindən verilən açıqlamaya görə, yanğında ölənlərin sayı 159-a yüksəlib, ən kiçiyi 1 yaşında körpə, ən yaşlısı isə 97 yaşındadır.
Səlahiyyətlilər yanğında ziyan dəymiş 8 çoxmənzilli binadan 7-nin cəsədlərinin axtarışlarının başa çatdığını, 30-a yaxın insanın isə hələ də itkin düşdüyünü bildirib.
Səlahiyyətlilər yaşayış kompleksində təmir işləri zamanı bəzi yanğın siqnallarını söndürməkdə şübhəli bilinən altı nəfərin həbs edildiyini bildiriblər.
Əvvəlki açıqlamalarda yanğın zamanı 11-i yanğınsöndürən olmaqla 79 nəfərin xəsarət aldığı bildirilirdi.
Aytən Yaşar/ Turkustan.az