Pakistan Ermənistanda səfirlik açır


Ermənistan və Pakistan nümayəndəlikləri İrəvanda Pakistan səfirliyinin açılması üzərində fəal şəkildə işləyirlər.

Turkustan.az erməni mediasına istinadən xəbər verir ki, səfirliyin açılışı gələn ilə planlaşdırılıb.

Məsələ ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinə sorğu göndərilib və qurum informasiyanı təkzib etməyib.

“Ermənistan və Pakistan hökumətləri diplomatik münasibətlərin qurulması barədə birgə kommünike imzalayaraq 1961-ci il Vyana Konvensiyasına və beynəlxalq təcrübəyə uyğun şəkildə qarşılıqlı diplomatik nümayəndəliklərin açılmasına razılıq veriblər. Bu kontekstdə prosesin gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə nazirlik bildirib.

Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 31 avqust 2025-ci ildə Çində imzalanmış kommünike ilə rəsmiləşdirilib. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ