Serj, Putinə yalvarırdın, amma bu 12 bəndə bax – Papoyan


“Serj Sərkisyanın Rusiya Prezidentinə o vaxt ünvanlanmış yalvarış məktubu haqqında bəzi nüanslara toxunmaq istəyirəm”.

Turkustan.az xəbər verir ki, bu fikirləri Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.

“Dövlət və xalq naminə hər şeyi etmək olar. O cümlədən, başqa bir dövlətin rəhbərinə xahiş məktubu yazmaq və yardım istəmək.

Amma problem ondadır ki, bir tərəfdən Rusiya Federasiyasına yalvarış məktubu yazırsan, Qarabağ məsələsində artıq çıxılmaz vəziyyətdən çıxarmağı xahiş edirsən, digər tərəfdən isə ölkə daxilində xalqa deyirsən ki;

Aprel müharibəsində qalib gəlmisən (?);

Torpaqları verməyəcəksən;

Ordu döyüş qabiliyyətlidir;

Milyardlarla müasir silah almısan və alırsan;

İnsanlar pis yaşayır, çünki sən Qarabağı qoruyursan;

Korrupsiya var, çünki Qarabağ məsələsi ilə məşğulsan;

Məktəb, uşaq bağçası və yol tikmirsən, çünki Qarabağda səngər qazırsan;

Tikdiyin dəmir yolunu söküb satırsan, çünki orduya dəmir lazımdır;

Demokratiya yoxdur, çünki müharibə aparan ölkəsən;

Seçkiləri saxtalaşdırırsan, bunu “Qarabağ naminə” edirsən;

Biznesi məhv edirsən, çünki Qarabağa pul lazımdır;

Pensiya və maaşları artırmırsan, çünki bu pul Qarabağa lazımdır və s.

Bütün bunlar ziddiyyət təşkil edir”, – G.Papoyan qeyd edib./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ