ABŞ Yaxın Şərqdə və İran yaxınlığında “hərbi sərgüzəştlərini” davam etdirdiyi müddətcə razılaşmadan söhbət gedə bilməz.
Turkustan.az xəbər verir ki, bunu SEPAH rəsmisi İbrahim Zülfüqari X səhifəsində yazıb.
“ABŞ hökuməti dəfələrlə yalnız güc dilini başa düşdüyünü nümayiş etdirib. Neftin bir barelinin 200 dollar olacağna hazır olun”, - o bildirib.
Qeyd edək ki, ötən gecə ABŞ ordusu İranın cənubuna zərbələr endirib. /bakivaxti.az/