Qarabağ separatçılarının İrəvandakı “qalası” alınır - Azərbaycanlılara veriləcək


Qarabağdan Ermənistana qaçan keçmiş separatçıların “inzibati binası” əllərindən alınacaq.

Turkustan.az xəbər verir ki, Ermənistan hakimiyyəti keçmiş “Qarabağdakı qondarma rejimin İrəvandakı nümayəndəliyi”ni uzun müddətdir bağlamaq istəyir. Lakin müəyyən etirazlara görə proses ləngiyib. Separatçılar bu binanı “son qala” olaraq görürlər.

Ötən il Ermənistanın Baş Prokurorluğu binanın dövlət qeydiyyatının etibarsız elan edilməsi məqsədilə inzibati məhkəmədə Kadastr Komitəsinə qarşı iddia qaldırdı. Məhkəmənin 22 mayda qərar verəcəyi gözlənilsə də, bu məsələ təxirə salınıb.

“Hraparak” nəşri yazır ki, məhkəmə qərarının təxirə salınması seçkilərlə bağlı ola bilər: “Hazırda hakimiyyət seçkidən əvvəl əlavə ajiotaj yaratmaq istəmir. Lakin bu, Paşinyan üçün ölüm-qalıb məsələsidir. Paşinyan artsaxla (qonmdarma-red) bağlı hər şeyi silmək qərarını verib. Binanın alınması da bura daxildir. Məsələ ondadır ki, sovet dövründə İrəvandakı Azərbaycan Dram Teatrı bu binada yerləşirdi”, - nəşr yazır.

Ermənistan mediası iddia edir ki, qondarma “nümayəndəlik” tamamilə ləğv edildikdən sonra bu binada Azərbaycan teatrının fəaliyyəti yenidən bərpa oluna bilər. Söhbət sülh sazişinin imzalanması və azərbaycanlıların evlərinə qayıdışından sonra atılacaq addımlardan gedir./publika.az


MANŞET XƏBƏRLƏRİ