İran: Körfəzdə ABŞ-a məxsus MQ-9 dronu vuruldu


İran İnqilab Keşikçiləri Korpusu bildirib ki, ölkənin hava hücumundan müdafiə qüvvələri Körfəz bölgəsində İran hava məkanına daxil olan düşmən pilotsuz uçuş aparatlarını aşkarlayıb və ABŞ-a məxsus bir MQ-9 dronunu vurub.

Turkustan.az xəbər verir ki, qurum açıqlamasında ABŞ-ın mümkün atəşkəs pozuntularına qarşı “qanuni və qətiyyətli” cavab vermək hüququnu özündə saxladığını vurğulayıb.

İran tərəfi həmçinin qeyd edib ki, hava hücumundan müdafiə bölmələri İran hava məkanına daxil olan ABŞ-a məxsus MQ-9 pilotsuz təyyarəsini məhv edib və bölgəyə yaxınlaşan qırıcı təyyarəyə atəş açıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ