Zelenski Yermakı işdən çıxardı


Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl istefa məktubu yazan Prezident Aparatının rəhbəri Andrey Yermakı vəzifəsindən azad edib.

Turkustan.az xəbər verir ki, bu barədə dövlət başçısının 868/2025 nömrəli müvafiq fərmanı prezidentin saytında dərc olunub .

“Yermak Andrey Borısoviç Ukrayna Prezidentinin Aparatının rəhbəri vəzifəsindən azad edilsin”, - sənəddə deyilir.

Bildirək ki, bu gün səhər saatlarında Zelenski bildirib ki, Prezident Aparatının rəhbəri Yermak istefa məktubu yazıb. Prezident əlavə edib ki, sabah bu quruma kimin rəhbərlik edə biləcəyi ilə bağlı məsləhətləşmələr aparacaq.

"Mən Andreyə minnətdaram ki, danışıqlar müstəvisində Ukraynanın mövqeyini həmişə olduğu kimi təqdim edib. Bu, həmişə vətənpərvər mövqe olub. Amma mən istəyirəm ki, heç bir şayiə və spekulyasiya olmasın", - dövlət başçısı qeyd edib.

Zelenskinin sözlərinə görə, Amerika tərəfi ilə yaxın vaxtlarda baş tutacaq danışıqlarda Ukraynanı Baş Qərargah rəisi, Xarici İşlər Nazirliyi, kəşfiyyat nümayəndələri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təmsil edəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ