Prezident Rəcəb Tayyib Ərdoğan Vatikanın dövlət başçısı Papa XIV Leo ilə təkbətək görüş keçirib. Prezident Kompleksində keçirilən görüş təxminən yarım saat davam edib.
Turkustan.az xəbər verir ki, görüşdən sonra prezident Ərdoğan və Papa XIV Leo Prezident Kitabxanasının Cihannüma zalında qonaqlar qarşısında çıxış ediblər.
Roma Papası XIV Leo çıxışında deyib:
“Xoş qarşılanmağınız üçün çox sağ olun. Pontifiklik fəaliyyətimə ölkənizə səfərlə başlamaqdan məmnunam. Bu ölkənin xristianlığın mənşəyi ilə qırılmaz bağları var. Bu gün isə o, İbrahimin övladlarını və bütün bəşəriyyəti fərqlilikləri tanıyan və dəyərləndirən qardaşlığa dəvət edir.
Ölkənizin təbii gözəllikləri və mənəvi yaradıcılığı bizə xatırladır ki, müxtəlif nəsillər, adət-ənənələr və ideyalar bir araya gəldikdə, inkişaf və müdriklik birləşərək vahid bütövlük yaradır və bunun nəticəsində böyük sivilizasiyalar formalaşır.”
Aytən Yaşar/ Turkustan.az