Vatikan Prezidenti Papa XIV Leo ilk xarici səfəri çərçivəsində səfər etdiyi Türkiyədəki təmaslarını davam etdirir.
Turkustan.az xəbər verir ki, Vatikanın prezidenti Papa XIV Leo Harbiyedəki Müqəddəs Ruh Katolik Kilsəsində (Müqəddəs Esprit Katedrali) yepiskoplar, keşişlər, diakonlar və ruhanilərlə görüşüb və camaat qarşısında çıxış edib.
Papa XIV Leo İsanın həvarilərinin də Anadoluya köç etdiyini, indiki İzmir sərhədləri daxilində yerləşən Antakya və qədim Efes şəhəri kimi yerlərin keçmişdə xristian dünyasının tanınmış simalarına ev sahibliyi etdiyini qeyd edib. O əlavə edib ki, hazırda Türkiyədə müxtəlif qollardan çoxlu xristian icmaları yaşayır.
Aytən Yaşar/ Turkustan.az