Kənd və məhəllədaxili yollarda təhlükəsizlik kəmərindən istifadə qaydaları sürücülər arasında yenidən müzakirə mövzusu olub. Xüsusilə bu ərazilərdə kəmər taxılmasının məcburi olub-olmaması sual doğurur.
Mövzu ilə bağlı hüquqşünas Tağı Hüseynov KONKRET.az-a açıqlamasında deyib ki, kənd və məhəllə yollarında da sürücü və sərnişinlər təhlükəsizlik kəmərini mütləq taxmalıdır:

“Qanunvericiliyə görə təhlükəsizlik kəmərinin taxılması məcburidir. Bu tələbi pozan sürücülərə 40 manat məbləğində cərimə tətbiq oluna bilər”.
Hüquqşünas əlavə edib ki, təhlükəsizlik kəməri hərəkət zamanı insan həyatını qoruyan əsas vasitələrdən biridir və ona biganə yanaşmaq qəza risklərini artırır.