Muğla vilayətinin Fethiye rayonu "fatan morgana" kimi tanınan nadir atmosfer hadisəsinə ev sahibliyi edib.
Turkustan.az xəbər verir ki, qayığın havada asılı vəziyyətdə görünməsi anı sosial mediada yayılıb.
Muğlanın məşhur turizm məkanı Fethiye çox nadir atmosfer hadisəsi olan "Fatan Morgana"ya ev sahibliyi edib.
Dənizdə baş verən ilğım növü olan bu ilğım, havada asılı vəziyyətdə olan uzaq bir qayığı göstərən mobil telefon kamerasına çəkilib. Görüntülər qısa zamanda sosial mediada yayılaraq istifadəçilərin böyük marağına səbəb olub.
Fatan Morgana, üfüqdəki bir obyektin temperatur fərqinə görə havada asılı vəziyyətdə görünməsinə səbəb olan optik illüziyadır.
Aytən Yaşar/ Turkustan.az