Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesinin xüsusi nümayəndələrinin görüşləri zamanı əldə olunmuş razılaşmalara uyğun olaraq, noyabrın 28-də Ermənistan-Türkiyə sərhədindəki Axurik-Akyaka keçid məntəqəsində və Gümrüdə iki ölkənin müvafiq idarələrinin nümayəndələrinin görüşü olub.
Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyası sədrinin müavini, Ermənistan-Türkiyə dialoq prosesində Ermənistanın nümayəndəsi Ruben Rubinyan öz Feysbuk səhifəsində məlumat yayıb.
"Gümrü-Qars dəmir yolunun bərpası və istismarı ilə bağlı texniki müzakirələrin ikinci mərhələsi keçirilib", - Rubinyan bildirib. /bakupost.az/