Türkiyənin Xarici işlər naziri Hakan Fidan almaniyalı həmkarı ilə görüşüb.
Turkustan.az xəbər verir ki, Fidan Berlində Almaniyanın xarici işlər naziri İohan Vadephul ilə birgə mətbuat konfransında danışıb.
Fidan Türkiyə ilə Almaniya arasında münasibətlərin yeni dövrdə yeni ruhla yeni sürət qazandığını bildirərək, almaniyalı həmkarı Vadephul və Almaniya kansleri Fridrix Merzin Türkiyəyə son səfərlərini buna sübut kimi göstərib.
Fidan bu məqsədlə Strateji Dialoq Mexanizmi toplantısının 2026-cı ilin ilk yarısında keçiriləcəyini qeyd edərək, "Bu qeyri-müəyyən dövrlərdə və böhranlı dövrlərdə Türkiyə-Almaniya münasibətlərini, Türkiyə-Aİ əlaqələrini daha da irəli aparmaq üçün çox güclü bir iradə var. Xarici işlər nazirləri olaraq lazımi planlaşdırma və koordinasiyanı həyata keçiririk" dedi.
Aytən Yaşar/ Turkustan.az