Rusiyada "Whatsapp" mərhələli şəkildə bloklanır


“WhatsApp”ın Rusiyada qanunları pozduğuna görə mərhələli şəkildə bloklandığı bildirilib.

Turkustan.az xəbər verir ki, Rusiya İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Agentliyinin (Roskomnadzor) Rusiyanın TASS xəbər agentliyinə verdiyi açıqlamada bu gün WhatsApp-da yaşanan giriş problemləri ilə bağlı qiymətləndirmələr aparılıb.

"Bu mesajlaşma proqramı ölkədə terror aktlarının təşkili, cinayətkarları cəlb etmək, vətəndaşlarımıza qarşı dələduzluq və digər cinayətlər törətmək üçün istifadə olunur", - deyə WhatsApp-ın Rusiya qanunlarını pozmaqda davam etdiyi vurğulanıb.

"WhatsApp"ın Rusiyanın bu cinayətlərin qarşısını almaq üçün atdığı addımlara əməl etmədiyi vurğulanan açıqlamada "Bu səbəbdən WhatsApp-a qarşı davamlı olaraq məhdudlaşdırıcı tədbirlər görürük. Məhdudiyyətlər mərhələli şəkildə tətbiq edilir və istifadəçilərin digər mesajlaşma proqramlarına keçməsinə şərait yaradılır".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ