Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Aİ-nin Aralıq dənizi regionu ilə münasibətlərini “yenidən qurmaq” və “bərabərlər arasında əməkdaşlıq” qurmaq istədiyini söylədi.
Turkustan.az xəbər verir ki, Kallas və Aİ-nin Aralıq dənizi üzrə komissarı Dubravka Suica Barselonada Nazirlər Toplantısında Aİ-nin yeni Aralıq dənizi Paktı təqdim etdilər.
Ukraynadakı müharibənin yaratdığı təhdid mühitində AB-nin Aralıq dənizinə verdiyi əhəmiyyətin daha da artdığını bildirən Kallas, "Vəzifəliyə gəldiyim gündən bu yana Aralıq dənizi Suriyadakı rejimin devrilməsindən Qəzzadakı müharibəyə qədər xarici siyasət gündəminin ən mühüm mövzularından biri olub" dedi.
Kallas paylaşılan rifah və təhlükəsizliyin daha güclü ortaqlıqlar və daha çox əməkdaşlıq yolu ilə əldə edilə biləcəyini vurğulayaraq, "İnanıram ki, buna ancaq bərabərhüquqlu şəkildə birlikdə çalışaraq nail ola bilərik. Başqa sözlə, əlaqələrimizi "sıfırlamalıyıq". Aralıq dənizi üçün yeni Paktı bu "sıfırlamanın" bir hissəsidir".
Bu prosesin başında təhsil və mədəniyyətin gəldiyinə diqqət çəkən Kallas, "Yeni Akdeniz Universitetindən süni intellekt fabriklərinin qurulmasına qədər 100-dən çox yeni fikir var" dedi.
Kallas Qəzzanın sabitliyinin nazirlərin gündəminin əhəmiyyətli bir hissəsinin olacağını da bildirib.
Aytən Yaşar/ Turkustan.az