İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin 10 illik müdafiə büdcəsini 350 milyard yeni İsrail şekeli (107,5 milyard dollar) artırmaq qərarına gəlib.
Turkustan.az xəbər verir ki, İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, bu qərar maliyyə naziri Bezalel Smotriç və iqtisadi administrasiyanın tənqidi ilə qarşılanıb.
İsrailin müdafiə büdcəsinin qarşıdakı 10 il ərzində əhəmiyyətli dərəcədə artacağı gözlənilən hesabatda, büdcənin maliyyələşdirilməsi üçün mülki xidmətlərdə ixtisarların və vergilərin artırılmasının olacağı vurğulanıb.
Netanyahunun 10 illik müdafiə büdcəsini 350 milyard şekel (107,5 milyard dollar) artırmaq qərarına gəldiyi vurğulanıb ki, bu da 2023-cü ildən əvvəlki ilə müqayisədə 70 faiz artım deməkdir.
Aytən Yaşar/ Turkustan.az