ABŞ sülh planını bizə göndərdi: ərazi məsələsi isə… – Peskov


ABŞ Ukraynadakı münaqişənin həlli ilə bağlı Cenevrədə razılaşdırılmış sülh planının detallarını Rusiyaya göndərib.

Turkustan.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O, sülh planının detallarının indi açıqlanmayacağını söyləyib. Peskov planın ciddi şəkildə müzakirə ediləcəyini söyləyib.

“Rusiya və Ukrayna arasında ərazi reallıqlarını kim tanımalıdır – bu, danışıqlar zamanı müəyyən ediləcək”, — Peskov əlavə edib.

Qeyd edək ki, Kreml rəsmisi həmçinin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun da yaxın zamanda Moskvaya səfərinin gözlənildiyini açıqlayıb./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ