İsrail ordusu Fələstin, Livan və Suriya ərazilərini işğal altında saxlayır


İki ildir Qəzzada soyqırımı həyata keçirən İsrail ordusu Fələstin, Livan və Suriya ərazilərini də işğal etməkdə davam edir.

Turkustan.az xəbər verir ki, İsrail 2023-cü il oktyabrın 7-dən sonra Fələstin və Suriyadakı işğalını genişləndirdi və atəşkəsə baxmayaraq Livandakı 5 nöqtədə işğalına son qoymadı.

İsrail ordusu da son iki ildə Livan, Suriya, Yəmən, İran və Qətərə havadan və qurudan hücumlar təşkil edib.
Livan, Suriya, Yəmən və İranda mülki əraziləri intensiv şəkildə bombalayan İsraildə aparılan araşdırmalara görə, əhalinin böyük əksəriyyəti hökumətin təcavüzkar siyasətini dəstəkləyib.

İsrailin başda Fələstin, Livan və Suriyadakı yaşayış məntəqələrini hədəf alan hücumları nəticəsində yerli əhali məcburi köçkün vəziyyətinə düşüb.

Qonşu ölkələrin suverenliyini və ərazi bütövlüyünü pozan Təl-Əviv rəhbərliyi hücumları və təxribatçı addımları ilə regional sabitliyi təhdid etməkdə davam edib.

Anadolu Agentliyinin müxbirləri İsrailin Fələstin, Livan və Suriyanı işğalı ilə bağlı son məlumatları toplayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ