ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoffun Rusiya prezidenti Vladimir Putinin xarici siyasət üzrə baş müşaviri Yuri Uşakovla danışaraq Ukrayna üçün sülh planı üzərində birgə işləməyi təklif etdiyi bildirilir.
Turkustan.az xəbər verir ki, Vitkoff Uşakova Putinin Trampla məsələni necə qaldıra biləcəyi ilə bağlı məsləhətlər verdi. Bloomberg-in məlumatına görə, bu məsləhətə Ukrayna prezidenti Zelenskinin Ağ Evə səfərindən əvvəl Trampla Putin arasında telefon danışığı təşkil etmək də var. Bu görüş ayın əvvəlində ortaya çıxan və ABŞ-ın Ukraynaya razılaşmanın əsası kimi qəbul etməsi üçün təzyiq etdiyi 28 bəndlik sülh təklifinin müqəddiməsi kimi görünür.
Onların tövsiyələri arasında Ukrayna prezidenti Zelenskinin həmin həftə Ağ Evə səfərindən əvvəl Tramp və Putin arasında telefon danışığı təşkil etmək və Qəzza razılaşmasından başlanğıc nöqtəsi kimi istifadə etmək də var.
Aytən Yaşar/ Turkustan.az