Starmer: Heç kim Zelenskidən daha çox sülh istəyə bilməz


Böyük Britaniyanın baş naziri Keir Starmer bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-ın Ukrayna ilə bağlı sülh planının əhəmiyyətli hissəsini qəbul edəcəyinə dair işarələr var.

Turkustan.az xəbər verir ki, Ukraynada xidmət etməsi planlaşdırılan Könüllülər Koalisiyasının onlayn toplantısındakı çıxışında Starmer Rusiyanın Ukraynaya hücumlarını dayandırmasını və davamlı sülhə nail olmasını istədiklərini bildirib.

Ədalətli sülh istədiklərini ifadə edən Starmer, "ABŞ da bunun üçün çalışır. Bəzi irəliləyişlərin əldə olunmasından məmnunam. Heç kim ukraynalılar və Vladimir Zelenskidən daha çox sülh istəyə bilməz" dedi.

Ukraynanın "Rusiya təcavüzünün" bədəlini çoxdan ödədiyini bildirən Starmer, Cenevrədə sülhün müzakirəsi üçün keçirilən görüşün mühüm addım olduğuna diqqət çəkib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ