ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffun gələn həftə Moskvaya səfər edəcəyi Kreml rəsmisi Yuri Uşakov tərəfindən təsdiqlənib.
Turkustan.az xəbər verir ki, Uşakov “Rossiya-24” kanalına açıqlamasında ABŞ-ın Ukrayna üçün hazırladığı sülh planı ilə bağlı prosesin davam etdiyini bildirib. Vitkoffla oktyabrın 14-də baş tutmuş və Qərb mediasına sızmış telefon danışığı barədə suala isə o, “Witkoff ilə tez-tez danışıram, lakin söhbətin məzmununu şərh etməyəcəyəm” deyə cavab verib.
Kiril Dmitriyevlə Putin arasındakı danışığın mediada işıqlandırılmasına toxunan Uşakov, “Hər kəslə telefonla danışa bilərəm. Bəziləri sızdırır, bəziləri dinləyir, amma biz yox” söyləyib.
ABŞ–Rusiya münasibətlərinin bərpası üçün təmasların davam etdiyini vurğulayan Uşakov, sızıntıların bu prosesi sabotaj etməyə hesablandığını bildirib.
O, Vitkoffun ABŞ-ın Ukrayna üzrə bəzi nümayəndələri ilə birlikdə Moskvaya səfəri üçün ilkin razılığın əldə olunduğunu da açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az