Ermənistan rəsmiləri Bakıya GƏLDİ - FOTO


Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası keçirilir.

Turkustan.az “apa.az”a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Gürcüstan, İran, Ermənistan, Latviya və Estoniya dəmiryol administrasiyalarının, eləcə də Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (OSJD), MDB-nin İcraiyyə Komitəsi, Dəmiryolçuların Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının rəhbər heyətləri iştirak edir.

İclasda MDB dəmir yolu şəbəkəsinin 2025-ci ilin ilk doqquz ayındakı fəaliyyəti, beynəlxalq daşımalar üçün yük və konteyner qatarlarının formalaşdırılması, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, 2026-cı il üçün beynəlxalq yükdaşıma tarifi siyasəti və digər məsələlər müzakirə edilir.


MANŞET XƏBƏRLƏRİ