Şok İDDİA: Trampın şəhzadə ilə görüşündə İsrailə görə gərginlik yarandı


Noyabrın 18-də ABŞ prezidenti Tramp və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında Ağ Evdə keçirilən görüşdə İsraillə bağlı gərginliyin yüksək olduğu bildirildi.

Turkustan.az xəbər verir ki, Axios-a görə, görüş Trampın vəliəhd şahzadəyə İbrahim razılaşmalarına qoşulması üçün təzyiq etməsindən sonra gərginləşib, Bin Salmanın isə Səudiyyə Ərəbistanında İsrailə qarşı ictimaiyyətin Qəzza hücumlarına qarşı etirazları səbəbindən bunu edə bilməyəcəyini deməsi iddia edilib.

Amerikanın “Axios” xəbər platforması iki ABŞ rəsmisinə və məsələ ilə bağlı məlumatlı mənbəyə istinadən yazıb ki, noyabrın 18-də Ağ Ev görüşündə Tramp və Bin Salman bu məsələni müzakirə etdikdən sonra Səudiyyə Ərəbistanının İbrahim razılaşmalarına qoşulması və İsraillə münasibətlərin normallaşması məsələsi qızışıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ