Fransa prezidenti Emmanuel Makron bildirib ki, Fransa və Avropa Ukrayna üçün kapitulyasiya olacaq, yəni Rusiyanın əl-qolunu açıb Avropanın təhlükəsizliyini təhdid edəcək sülhü qəbul etməyəcək.
Turkustan.az xəbər verir ki, o, bu barədə çərşənbə axşamı səhər RTL- də canlı yayımda bildirib.
"Biz sülh istəyirik, lakin təslim olan sülh istəmirik. Yəni Ukraynanı qeyri-mümkün vəziyyətə salan, mahiyyət etibarilə Rusiyaya irəliləməyə davam etmək üçün tam azadlıq verən və hamımızın təhlükəsizliyini təhlükə altına atan sülhü istəmirik", - Fransa lideri bəyan edib. Eyni zamanda o, Trampın təklif etdiyi sülh planını “düzgün istiqamətdə - sülhə doğru addım” kimi qiymətləndirib.
"Bu planda müzakirəyə, danışıqlara və təkmilləşdirməyə layiq elementlər var", - Makron aydınlıq gətirib.
Aytən Yaşar/ Turkustan.az