Qazaxıstan nəqliyyat nazirinin müavini Maksat Kaliakparov Aktauda Azərbaycan Hava Yollarının (AZAL) sərnişin təyyarəsi ilə bağlı baş verən qəza üzrə araşdırmanın gedişatını şərh edib.
Turkustan.az xəbər verir ki, o, bu barədə brifinqdə məlumat verib.
“Hazırda araşdırma davam edir. İlkin ilkin nəticələr üç aydan sonra tam şəkildə müvafiq komissiyaya təqdim edilib. Hazırda daha dərin araşdırma aparılır”, - Kaliakparov bildirib.
Nazir müavininin sözlərinə görə, kifayət qədər mürəkkəb araşdırma aparılır:
“Bu, mürəkkəb işdir. Tamamlandıqdan sonra, əvvəlki hesabat kimi, o da tam şəkildə mediaya açıqlanacaq. Nə vaxt açıqlanacağını deyə bilmərik. Bu, kifayət qədər ciddi məsələdir, ona görə də hazırda vaxt qrafikinə zəmanət verə bilmərəm, amma onu bu ilin sonuna qədər açıqlayacağıq”.
Xatırladaq ki, Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi ötən il dekabrın 25-də Çeçenistanda Rusiyanın hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıb. Bundan sonra Qroznı hava limanına enişinə icazə verilməyən və uçuş istiqaməti məcburi dəyişdirilən təyyarə Qazaxıstanın Aktau şəhərində yerə çırpılıb. Olay nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb./teleqraf