Noyabrın 25-də düşmənin gecə hücumu nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb, 6 nəfər həlak olub.
Turkustan.az xəbər verir ki , bu barədə şəhərin meri Vitali Kliçko Telegram -da məlumat verib.
"Paytaxtda düşmənin hücumu nəticəsində 14 nəfər yaralanıb. 8 nəfər, o cümlədən bir uşaq həkimlər tərəfindən xəstəxanaya yerləşdirilib. Digərlərinə isə yerində və ya ambulator yardım göstərilib. 6 Kiyev sakini ölüb", - postda deyilir.
Bundan əvvəl Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti “Facebook” da Rusiyanın kütləvi hücumu nəticəsində Kiyevdə biri uşaq olmaqla 6 nəfərin öldüyü, 13 nəfərin yaralandığı barədə məlumat yayıb. 18 nəfər xilas edilib, 57 nəfərə isə psixoloji yardım göstərilib.
Aytən Yaşar/ Turkustan.az