Suriyanın rəsmi televiziya kanalı Əl-İhbariyyənin xəbərinə görə, Suriyada QSD adından istifadə edən terror təşkilatı PKK/YPG, Rakkanın şərq çölündə yerləşən Mədan rayonunda Suriya ordusunun mövqelərinə hücum edib.
Turkustan.az xəbər verir ki, hücumdan sonra baş verən şiddətli qarşıdurmalarda Suriya ordusu PKK/YPG mövqelərinə artilleriya atəşi ilə cavab verib.
Yerli mənbələrdən əldə edilən məlumata görə, təşkilatın hücumu nəticəsində Suriya ordusunun bir neçə əsgəri həyatını itirib.
Aytən Yaşar/ Turkustan.az