Almaniya Kansleri: “Aİ Avropa Müdafiə İttifaqına çevrilməlidir”


Almaniya kansleri Fridrix Merz bildirib ki, Avropa İttifaqı (Aİ) “Avropa Müdafiə İttifaqı”na çevrilməlidir.

Turkustan.az xəbər verir ki, “Süddeutsche Zeitung” qəzetinin paytaxt Berlində təşkil etdiyi İqtisadi Zirvə toplantısında çıxış edən Merz Almaniya hökumətinin İkinci Dünya Müharibəsindən sonra bəlkə də heç vaxt görülməmiş çətinliklərlə üzləşdiyini bildirib.

Bu problemlər arasında Ukrayna müharibəsini, Çindəki hadisələri və ABŞ-la gömrük mübahisələrini misal gətirən Merz, "Bu, gömrük mübahisəsindən daha çox şeydir. Atlantikada son onilliklərdə transatlantik münasibətlərdə doğru və zəruri hesab etdiyimiz demək olar ki, hər şeyi şübhə altına alan dərin uçurum açılıb" dedi.

Merz bəyan edib ki, Almaniya Aİ-də ən güclü iqtisadiyyata və ən çox əhaliyə malik ölkə kimi Aİ-də liderliyi öz üzərinə götürmək üçün hamıdan çox daha çox məsuliyyət daşıyır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ