Almaniyada koalisiya hökumətində yer alan Xristian İttifaqı (CDU/CSU) və Sosial Demokrat Partiyası (SPD) orduda əsgər sayını artırmaq üçün hərbi xidmətdə islahatlara dair razılığa gəlib.
Turkustan.az xəbər verir ki, Alman mətbuatında yer alan xəbərlərə görə, CDU/CSU və SPD-nin əldə etdiyi razılaşmaya əsasən, 18 yaşı tamam olanlara motivasiyalarını və Alman ordusunda xidmətə uyğunluğunu müəyyən etmək üçün forma göndəriləcək.
Bu formanı doldurmaq kişilər üçün məcburi olacaq. Bundan əlavə, 2008-ci il yanvarın 1-dən sonra doğulan kişilər üçün hərbi müayinə məcburi olacaq. Almaniya Müdafiə Nazirliyi 2027-ci il iyulun 1-dən sonra hərbi imtahan keçirməyi planlaşdırır.
Formanın doldurulması və hərbi imtahanın keçirilməsi hərbi müdaxilə halında Almaniya ordusuna potensial namizədlər toplusunun yaradılması məqsədi daşıyır. Almaniya Silahlı Qüvvələrinə hər il 300.000 nəfərin hərbi xidmətə yararlılığını yoxlamaq qabiliyyətinə malik imtahan təşkilatının yaradılması təklif olunub.
Aytən Yaşar/ Turkustan.az