Rusiyanın Saratov vilayətinə PUA hücumu edilib.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, Ukrayna ordusu Saratovdakı neft emalı zavoduna zərbələr endirib. Nəticədə zavodun ərazisində yanğınlar baş verib.
Saratov vilayətinin qubernatoru Roman Busargin hücum nəticəsində mülki infrastrukturun da ziyan gördüyünü bildirib. /axar.az/