Tramp: Putinlə danışıqları davam etdirmək istəyirəm


“Rusiya prezidenti Vladimir Putinlə görüşü Budapeştdə davam etdirmək istərdim.”

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə Macarıstanın baş naziri Viktor Orbanı qəbul edərkən mətbuata açıqlama verib.

Tramp bildirib ki, əvvəlki görüşün nəticə verməyəcəyini düşündüyü üçün onu ləğv edib və əgər yeni görüş baş tutarsa, onun Budapeştdə keçirilməsinə üstünlük verərdi.

Rusiya ilə bağlı məsələyə toxunan Tramp deyib: “Rusiya ilə əsas problem onların müharibəni bitirmək istəməməsidir.” O, Ukraynada gedən müharibənin çox da uzaq olmayan bir zamanda başa çatacağına inandığını vurğulayıb.

Tramp söhbət zamanı Orbana “Sizcə, Ukrayna bu müharibədə qalib gələ bilərmi?” sualını ünvanlayıb. Viktor Orban isə “Möcüzə baş verə bilər” cavabını verib. Tramp da onun cavabını təsdiqləyərək “Bəli, doğrudur” deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ