Kreml: Rusiyanın təhlükəsizliyi üçün yeni silahlar hazırlayırıq


Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya öz təhlükəsizliyini təmin etmək üçün daim yeni silah sistemləri hazırlayır.

Turkustan.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərlə cari məsələləri müzakirə edib.

Rusiyanın nüvə enerjili buraxılış sistemləri ilə sərhədsiz mənzilli raketləri sınaqdan keçirdiyini qeyd edən Peskov, "Ölkəmizin təhlükəsizliyini təmin edən və impulsiv şəxslərə qarşı möhkəm qalxan rolunu oynayan silah sistemlərini sistemli şəkildə inkişaf etdiririk. Bu şəxslər impulsiv açıqlamalar verir və düşünmədən hərəkət etmək potensialına malikdirlər" dedi.

Peskov qeyd edib ki, ABŞ Rusiya üçün nüvə sınaqları məsələsinə aydınlıq gətirməyib.

Xarkov vilayətinin Kupyansk, Donetsk vilayətinin Pokrovsk və Ukraynanın Mirnoqrad şəhərlərində ukraynalı əsgərlərin rus ordusu tərəfindən mühasirəyə alındığına diqqət çəkən Peskov, Kiyev rəhbərliyinin bunu gizlətməyə çalışdığını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ