Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ikitərəfli münasibətləri müzakirə ediblər.
Turkustan.az xəbər verir ki, Kremlin açıqlamasına görə, Putin və Tokayev Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin liderlərinin qeyri-rəsmi görüşündən sonra görüşüblər.
Görüşün mətbuata açıq hissəsində danışan Putin Rusiya ilə Qazaxıstan arasında münasibətlərin bütün sahələrdə inkişaf etdiyini bildirib və deyib: "Bizim mübahisəli və ya mürəkkəb məsələmiz yoxdur. Lakin hələ də həll edə biləcəyimiz bir çox mövzu var".
Qazaxıstan Prezidenti Tokayev də Rusiya ilə münasibətlərin inkişaf etdiyini bildirib və deyib: “Bu il ikitərəfli münasibətlər üçün uğurlu olub. Strateji tərəfdaşlıq və müttəfiqlik çərçivəsində əməkdaşlıq bizim prioritetimizdir. Əməkdaşlığımız və strateji tərəfdaşlığın inkişafı üçün səylərimiz xalqlarımızın fundamental maraqlarına uyğundur”.
Aytən Yaşar/ Turkustan.az