Şəhidliyə yüksələn qəhrəman kapitan: "İgidlərim, arxamca irəli!"


29 oktyabr 1985-ci ildə Tovuz rayonunun Çeşməçi kəndində doğulur...

1992 / 2001-ci illərdə Bakı şəhər Xətai rayonunda 257 saylı tam orta məktəbdə;

2001 / 2004-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi liseydə təhsil alır...

2004 / 2008-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə "Motoatıcı" ixtisası üzrə təhsil alır...

2009 / 2019 - cu illərdə Azərbaycan SQ-nin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət edir...

2019 / 2020-ci illərdə Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edir...

Xidməti müddətində "Bölük komandiri" vəzifəsinə və "Kapitan" rütbəsinə qədər yüksəlir...

Vətən müharibəsində Füzuli rayonunun azadlığı uğrunda qəhrəmancasına döyüşən, idarəetdıyı bölüklə birgə bir neçə yüksəkliyi alan, üç düşmən postunu məhv edən, ermənilərin biribci rşaloninu darmadağın edən, daim "İgidlərim, arxamca irəli" deyərək düşmənə göz açdırmayan, idarə etdiyi BMP vurularkən son nəfəsində döyüşün nəticəsini öyrənib, şəhidlik məqamına yüksələn Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Aydın oğlu Həsənov!

Açıklama yok.

Qəhrəmanımız vətən qarşısındakı xidmətlərinə görə "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları, "Vətən uğrunda" medalı və "Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif edilib.

Döyüş yoldaşı deyir ki, "Komandir hücum əmri verilən kimi 7 BMP, 4 tank, bir neçə hərbi tesxnika ilə hərəkətə keçdi. Onun BMP-si öndə gedirdi. Şiddətli döyüşdə hər tərəfdən bizi atəşə tutmuşdular. Bir neçə texnikamız sıradan çıxdı. Döyüş yoldaşlarımız şəhid olsa, da, Ceyhun Həsənovun bacarığı sayəsində bir neçə yüksəkliyi aldıq, düşmənin 3 postunu məhv etdik. Komandirin "İgidlərim, arxamca, irəli!" əmri bizi daha da ruhlandırırdı. Füzuli uğrunda döyüş daha da şiddətləndi. Düşmən hər növ silahdan bizi atəşə tuturdu. Komandir ağır atilleriyaların atılmasına məhəl qoymadan, koordinatları bir-bir mənə ötürür, mən də həmin hədəfləri vururdum. Dayanmadan üstümüzə sel kimi yağan atəş onu da haqladı, son nəfəsində məndən soruşdu: "Şahin, sonuncu mövqeni vurduq?" "Bəli, komandir, vurduq" dedim. O əlimi sıxaraq gözlərini yumdu. Şəhidliyə ucaldı. Mən yaralandığım üçün təxliyə oldum. O, çox hünərli, savadlı, bacarıqlı zabit idi. Ruhu şad olsun".

Qəhrəmanımızın atası Aydın Həsənov: "Ceyhunun həyat yollunun hər bir addımı vətənlə bağlı olub. Hər zaman başımızı uca edirdi. Saysız təşəkkür məktubları gəlirdi. Diplomları, medalları qazandığı uğurların nəticəsiydi. Onun qəhrəmanlığa gedən yolu çox qanlı-qadalı, enişli-yoxuşlu oldu. O bu şərəfli və çətin yollardan keçib şəhidliyə, qəhrəmanlığa yüksəldi".\

Şəhidimizin anası deyır kı, "Ceyhun çox vətənpərvər oğul olub. Vətənə, dövlətə olan sevgisi onu hərbi sahəyə gətirdi. Onu əvvəl biz tanıyırdıq, indi bütün Azərbaycan tanıyır."

"Ceyhun tək bizim ailənin deyil, bütün Vətənin övladıdır" deyən ata nə qədər də haqlıdır! Bəli, artıq sən bir evə deyil, böyük bir elə, obaya, vətənə, millətə aidsən qəhrəman qardaşım! Hər zaman səninlə qürur duyub, fəxr edəcəyik! Allah sənə rəhmət eləsin, vətənin qəhrəman oğlu!

Sevinc Bəhmənli

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ