ABŞ Ədliyyə Nazirliyi, ictimaiyyətin etirazından sonra Epstein sənədlərində yer alan Prezident Trampın fotosunu yenidən yayımlayıb.
Turkustan.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi yetkinlik yaşına çatmayan qızlara cinsi istismar etməkdə və fahişəlik şəbəkəsi idarə etməkdə ittiham olunaraq həbsxanada ölən milyarder Ceffri Epşteynin istintaqının bir hissəsi olaraq dərc edildikdən sonra silinmiş Prezident Donald Trampın şəklini veb saytında bərpa edib.
Ədliyyə Nazirliyi bildirib ki, "Nyu-Yorkun Cənub Dairəsi qurbanların hüquqlarını qorumaq üçün prezident Trampın təsvir olunduğu şəkli mümkün əlavə araşdırma üçün təyin edib".
Bəyanatda qeyd olunur ki, şəklin ehtiyat tədbiri olaraq silinib və araşdırma zamanı fotoşəkildə Epşteynin qurbanlarının təsvir olunduğuna dair heç bir dəlil tapılmayıb. Həmçinin, şəklin heç bir dəyişiklik və ya senzura olmadan yenidən dərc edildiyi bildirilib.
Aytən Yaşar/ Turkustan.az